Hüquqi bildiriş.

Şirkət məlumatları, məxfilik siyasəti, xidmət şərtləri və müəllif hüquqları haqqında ətraflı məlumat.

01

Şirkət məlumatları

HMC Company 2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) şirkətidir.

Şirkət kiçik, orta və böyük ölçülü müəssisələrə bulud server, korporativ mail, IP telefoniya, veb hostinq və IT autsorsinq xidmətləri təqdim edir.

Qeydiyyat ünvanı: ap. 97, Məhəmməd Hadi küç. 9, Bakı, AZ1027, Azərbaycan

02

Məxfilik  məlumat qoruma

Müştəri məlumatlarının qorunması ISO 27001 standartına uyğun idarə olunur. Şifrələmə, giriş nəzarəti və audit mexanizmləri tətbiq edilir.

Saytdan istifadə edərək məxfilik siyasətimiz və istifadə şərtlərimizlə razılaşırsınız. Şəxsi məlumatlar yalnız xidmət göstərilməsi məqsədilə istifadə olunur.

Məlumatlar üçüncü tərəflərlə paylaşılmır, yalnız qanunvericilik tələbi olduqda təqdim edilir.

03

Xidmət şərtləri

Xidmətlərimiz müqavilə əsasında təqdim olunur. Xidmət səviyyəsi razılaşdırılmış SLA (Service Level Agreement) çərçivəsində təmin edilir.

Texniki dəstək 7/24 Azərbaycan dilində göstərilir. Nasazlıq hallarında operativ müdaxilə edilir.

Server infrastrukturu aşağıdakı lokasiyalarda yerləşir: Bakı, Fransa, Polşa, Sinqapur, Kanada, Qazaxıstan.

04

Müəllif hüquqları

Bu saytda yerləşdirilən bütün məzmun, loqo, dizayn elementləri və materiallar HMC Company-yə məxsusdur.

İcazəsiz kopyalama, paylanma və kommersiya məqsədilə istifadə qadağandır.

Brend materiallarının istifadəsi üçün /brand/ səhifəsinə baxın və ya bizimlə əlaqə saxlayın.

FAQ

Tez-tez soruşulan hüquqi suallar

HMC bulud infrastrukturu bir neçə fiziki serverdən ibarət paylanmış sistemdir. Resurslar elastik idarə olunur, nasazlıq zamanı xidmət avtomatik digər serverlər üzərindən davam edir. Bakı, Fransa, Polşa, Sinqapur, Kanada və Qazaxıstanda lokasiyalar mövcuddur.